M

🍂QƏZƏL ~ "ANA"🍂

Deyir bu ağ saçın mənə qəmi-kədərdəsən, Ana!
Nə cür dözüb, dayanmısan, nə cür bu dərdə sən, Ana?!
Sınan qabırğalar deyil, səni bu cür kim, ağladan,
Səbəb budurmu, Kərbəladə sən səfərdəsən, Ana?!
Nədir səni qərib diyarda ağladan, nə görmüsən?!
Tifil Əli kim oxlanıb, həmən şəhərdəsən, Ana?!
Susuz Hüseyni, Əkbəri yetirdilər şəhadətə,
Görübsən hansı dəhşəti o gün bəşərdə sən, Ana?!
Düşüb Fərat kənarinə iki qolu Əbəlfəzin,
Görüb gözündə yarəni bu cür qəhərdəsən, Ana?!
İşıq saçıb Ələmdar hər zaman kim, ərşə fərşidən,
Saçanda nuri-qani görmüsən qəmərdə sən, Ana?!

Gedəndə Kərbəlayə bir də, Rabili qonaq çağır,
Bağışla cənnəti ona bu bir xəbərdə sən, Ana!
🍂#MERAC🍂
©merac