M

🍂..Qəzəl..🍂

Cürət yaradır ayrılığın məndə günaha
Yoxdur ümidim həm bugünə, həm də sabaha
Getməklə mənim qəlbimə bir zərbə vurubsan,
Artıq ölüyəm ehtiyacım yoxdu silaha
Heç bir səbəbi dinləmədən getdin o gün sən,
Tutdun inadı baxmadın heç bircə izaha
Sormaz necədir aşiqinin halı gedəndən
Göylər qoşulur qüssə, kədər, naləyə, aha
Divanə olub dərdimi səhralərə açdım,
Agah olub hətta bu kədər şəms ilə maha
Hifz eylə, Xuda, Meracı sən əyri nəzərdən
Yönləndir onu doğru olan haqq ilə raha
🍃MERAC🍃
©merac