Ayılmazmı bu qəflətdən, utanmazmı xəcalətdən?!
Tutunmazmı o rəhmətdən?! Çıxa ruhi əsarətdən...
Nə cürnə bu cəsarətdir ki, zənn eylər fəxarətdir,
Olur aydın əlamətdən, batıb ruhun xəyanətdən...
Yatıb-qalxır xəyalətnən, gedir rahi-cəhalətnən,
Qaçan rahi-hidayətdən, qaça bilməz fəlakətdən...
Kim ömr eylər şərafətsiz, cəza istər nəhayətsiz,
Düşər hər gün ləyaqətdən, tapar nari Qiyamətdən...
Onu tapmaq məharətdir, Onu sevmək şücaətdir,
Kim istər baqi ləzzətdən, gərək tutsun sədaqətdən...
O, ki babi-səxavətdir, O, ki babi-kəramətdir
Çıxa nəfsin nəzarətdən, düşərsən yan nəzakətdən...
Alan əcrin bəsarətdən, alan əcrin fəzilətdən,
Keçib, Rabil, min həsrətdən, keçib rahi-həqiqətdən...
🍃MERAC🍃
©merac
M