M

🍃Qəzəl - "Dostlarım"🍃

Səmimi niyyətimdən istifadə etdi dostlarım,
Görəndə gözlərimdə yaş, gözümdən itdi dostlarım.
Yolunda can fəda edib, həmişə can dediklərim,
Boğazda can olan zaman qırıldı getdi dostlarım.
Yanında idim onların, kədərdə, həm sevincidə,
Kədər gələndə tərk edib, sevincə yetdi dostlarım.
Gəlin, uzağa getməyin səsim yetirsə sizlərə,
Sevincə az qalıb daha kədər də bitdi, dostlarım.
Üzülməyin bu Rabilin qəzəldəki iradına,
Qoyun qırağa zənn edin yalan qəzetdi, dostlarım...
🍃MERAC🍃
©merac