M

🍂...Qəzəl...🍂

Bivəfadan sayru kəslərdir ki, gözlərlər vəfa
Ki bu qəflətdəndir onlar hey çəkibdirlər cəfa
Dərdinin dərmanını kimlər ki, istər özgədən,
Bilsin ol kəslər ki, ol dərman ilə tapmaz şəfa
Dərddən hey qaçmaqsa fikrin, bu özü dərddir sənə
Vardır, amma öylə kəslər dərddə tapmışlar səfa
Könlünü gəl bağlama sən haqq olandan qeyrinə
Haqq ilə ol ki, səni azdırmasın qoy bivəfa
Cəhd elə, Merac, qədəm qoy sən də haqqın rahına
Yoxsa bu dərd ilə dünyadan köçərsən bişəfa
🍃#MERAC🍃
©merac