Şam tək yanıram hər gecə vicdan əzabından
Milyon dəfə artıqdı bu zindan əzabından
Saçları siyah bir kəsə gəl söyləmə dərdsiz
Mə'nən qocalır vicdanın insan əzabından
Hər gün edirəm Allaha mən böylə duami
Qurtar məni, ya Rəbb, daha canan əzabından
Ey badi-səba, çatdır ona naleyi-ahi
Görsün çəkirəm mən nələr hicran əzabından
İnsafə glər, bəlkə, bu qəmli xəbərindən
Yoxsa olacaq qəlbim onun qan əzabından
Dözsün necə bu qədri kədər, möhnətə qəlbim
Məhşər qopacaq eyləsə üsyan əzabından
İnsafə gəlib etməsə yardım mənə, bir gün
Merac, təni tərk eyləyəcək can əzabından
🍃MERAC🍃
©merac
M