Aç üzündən pərdəni aləm işıqlansın bir az
Bir ömür mən yanmışam aləm də, qoy yansın bir az
Qəlbimi eşqinlə hər dəm yandırıb kül etmisən,
At bu eşqin zərrəsin dünya da odlansın bir az
Mərhəmətlə aləmə bax gör necə viran olur
Bir baxışın bəsdi ki, cansız da canlansın bir az
Gör nə vaxtdandır vəli, pərvanə şəmçün fırlanır
Anlamırsa dərdini şəm indi fırlansın bir az
Gər dilərsən yarın hüsnün görməyi sən qəlb ilə
Həm saf eşqin olmalı, həm də ki bil şansın bir az
Aşiqin, Merac, yarından ayrı olmaz istəyi,
Təkcə bir arzusu var, yar da onu ansın bir az
🍃MERAC🍃
©merac
M