"Mən"i mən anlamıram, mən sənə "mən"dən nə deyim?!
Səni aləm tanıyır, mən sənə "sən"dən nə deyim?!
Bilmədim ki, yaşadım mən necə bu günlərimi
Çıxıbsa yadımdan bu gün de dünəndən nə deyim?!
Bülbülün halına bax, nalə edir, fəryad edir
Onu bu halda görən qəmli çəməndən nə deyib?!
Vətənə sevgisini göstərib ən ali şəhid,
Mən ayaq üstə, sağ olduqca Vətəndən nə deyim?!
Tir əgər varsa gözümdə neçə dərya qədəri
Axtarıb, Merac, axı özgə, ötəndən nə deyim?!
🍃MERAC🍃
©merac
M