🍃QƏZƏL - "GƏLİR"🍃
Bizə mehman yenə ol mah gəlir,
Kim odur məhlərə padşah gəlir...
Nə halal varsa, haram söylənilib,
Vurulur zəncirə şər, şah gəlir...
Nə ola biz də bu gün yari görək,
Mə'rifət ver bizə, Allah, gəlir!...
Elə bir ay, qəmi var, şadlığı var
Şəhi-mərdanə görə ah gəlir...
Demə zahidlərə, Rabil, xəbərin,
Eşidir adını iştah gəlir...
🍃MERAC🍃©merac
M