M

🍃Qəzəl- "Kimidi"🍃

Rüxi-yar gündüzü parlaq günəşə tay kimidi
Gecələr yer üzünə şölə saçan ay kimidi
Bəs edər bir dəfə eşq ilə təbəssüm eləsə
Mənə dünyadəki qiymətli, gözəl pay kimidi
Eşqinin təsiri bir gör nə təravət yaradıb
Ən soyuq qış belə qəlbimdə bahar, yay kimidi
Sənin eşqindi məni bir belə yüksəkdə tutan
Təbim onçün bu qədər daim axar çay kimidi
Səsin ahənginə bax sanki həzin musiqidi
Bu məlahətli səsi ruhuma lay-lay kimidi
Hər gözün qırpdığı an bir dəfə oxlardı məni
Müjganı ox kimidir, qaşlarısa yay kimidi
Merac, hicranla keçən aşiqin hər qəmli günü
Saya saydıqca gələn sonsuz olan say kimidi
🍃MERAC🍃
©merac