Düşmənləri məğlub edərək etdi bizi şad, Mübariz!
Fəxr ilə çəkir adını millət edərək yad, Mübariz!
Torpağını gördükdə şərəfsizlər ayağında qalıbdır,
Olsun dedi: Mən canımı verməklə ol azad, Mübariz!
Çatmış elə bir ali məqamə olacaq var əbədiyyən,
Cananə verib canını almış nə gözəl ad, Mübariz...
Qanı səpələnməz yerə bir qətrə şəhidin belə əsla,
Millətdə dolaşmaqda, edir xalqına imdad, Mübariz!
Az yaş ilə fəth eylədi bir gör necə zirvəylə, məqami
Can verməyi öyrəndi, çün ustadidən ustad Mübariz...
Tək getdi o gün məhv edə düşmənləri, çün yari Xudadi
Gördükdə səni qaçmadadır gör neçə cəllad, Mübariz!
İsmin bu gün ilhamıma qüvvət gətiribdir ki, Şəhidim!
Yazdıqca qələm adını eylər belə fəryad, Mübariz!
🍃MERAC🍃
©merac
M