M

🍃QƏZƏL - "Novruz günü"🍃

Bir çoxu fındıqla, qozla baş qatır Novruz günü,
Yandırıb tonqalları, quraşaq atır Novruz günü,

Açmırıq bir bikəsin dərvazəsin bayram günü,
Xeylimiz tox, xeylimiz də ac yatır Novruz günü.

Düzdü, bayramdır, fəqət fürsət güdənlər hər şeyi,
Qaldırır dağ başinə qiymət, satır Novruz günü.

"Süfrədə olsun", deyir ki,- "yeddi növ nemət gərək",
Bu xəbər hardan bizə bilməm çatır Novruz günü?!

İstəməzdim, Rabila, bayramda qəmlənmək, fəqət
Qəlbimə gördüklərim ox tək batır Novruz günü.
🍃MERAC🍃
©merac