Aşina aləmdə bir növrəs, cəvan olmuş bizə,
Ol səbəbdəndirmi düşmən tək cəhan olmuş bizə?!
Sən gedəndən aşiqin yalqız qalıbdır dəhridə,
Baxdıq, əmma görmədik dünya nihan olmuş bizə...
Söyləyin Fərhadə kim, min kuhi-Qaf yarmaq əbəs,
Qəhrəman zənn etmərik, bir qəhrəman olmuş bizə...
Dəşti-sevda içrə Məcnun saribanlıq eyləyir?!
Puç xəyal eylir desə kim, sariban olmuş bizə...
Aşiq üçün şəmsi-mahın nuri çox azdır, vəli
Bəs, cəmali-yari-dildar, asiman, olmuş bizə!...
Rabil, əlbət bir səbəb var yar üzün gizlər sizə,
Bağlıdır yəqin gözün mehman kəlan olmuş bizə...
🍃©MERAC🍃
©merac
M