Rüxi-yari görübən ölsəm, hədər ölməzdim,
Bircə yol canı verərdim, bu qədər ölməzdim.
Eşqdir aşiqi azadə qılan aləmdə,
Yoxsa bu atəş ilə şamu-səhər ölməzdim.
Hər görüş tək bu görüş də yolunu gözləyirəm,
Kaş gələydin gözü yolda bu səfər ölməzdim.
Son gedişlə mənə hicr adlı zəhər vermişdi,
Versə idi mənə bir adi zəhər ölməzdim.
Rabila, ölməyi tək cism ilə canlandırma,
Ruhən ölməkdi bu, bilsəydi bəşər ölməzdim.
🍃MERAC🍃
©merac
M