M

QƏZƏL - 🍃SƏNƏ QURBAN🍃

Can istə verim canı sənə, can sənə qurban!
Hər vaxt edərəm canımı qurban, sənə qurban!
Bir can nədi sən istəməyə çox utanırsan,
Al istədiyin vaxt onu hər an sənə qurban!
Sən istə Xudadan məni hər dəfə diriltsin,
Hər dəfə verər canı bu insan sənə qurban!
Səndən gələn hər bir şey, əzizim, mənə xoşdur
Al canımı, amma demə hicran, sənə qurban!
Atsan qəmi-hicranə sevən qəlbimi, canan!
Olmazmı bu hicran ilə al-qan, sənə qurban?!
Gördükdə səni göydə günəş çəkdi xəcalət,
Pak adını zikr eyləyir hər yan, sənə qurban!
Merac bir ömürdür səni səslər, gözü şəhla!
Ey mahi-liqa, sahibi-dövran, sənə qurban!
🍃MERAC🍃
©merac