M

🥀..Qəzəl - Sənsən..🥀

Həsrətlə yanan qəlbimizin dərmanı Sənsən
Eşq ilə coşan aşiqinin cananı Sənsən
Səndən bizə qalmış tək ötən xatirələrdir
Qəlbin ucalan ahu-nəva, əfğanı Sənsən
Hicranına dözmək, axı olmur, gözü-şəhla
Gözlər ki gəzir, axtarır hər bir yanı, Sənsən
Gör bir neçə illərdi Səni səsləyirik biz
Dillər ki, deyir: "Gəl, qədəmin qurbanı", Sənsən
Səndən sora ömr eylədik, amma qəmə batdıq
Ki, ömrümüzün şən keçən hər bir anı, Sənsən
Merac da, Səni səsləyəcək ömrü bitincən
Çün eşqimizin mənbəyi və ünvanı Sənsən

🍃Merac🍃
©merac