M

🍃QƏZƏL - "TƏRƏFƏ"🍃

Kim ki bir dəfə gəlib baş çəkə dünya tərəfə,

Götürüb getməlidir başini üqba tərəfə...

Çox müəmmalıdı rəftarı bu məhparələrin,

Çəkir aşiqləri göz-qaş ilə səhra tərəfə...

Getməz əsla kim əgər bilsə ki görməz yari,

Görən aşiq tutur üz bəs niyə Si'na tərəfə?!...

Qeysə rişxənd eləyən bir dəfə Məcnun kimi,

Baxsa ondan da dəli olmalı, Leyla tərəfə...

Necə röyadə ki vəslindən əlamət gördüm,

Deyirəm, Rabil, o sübh uyqumu dərya tərəfə...🍃MERAC🍃©merac