S

🍂QƏZƏL - "Xocalı"🍂

Qalıb əllərdə yetimlər niyə cansız, Xocalı?!
Susur əhvalına, dünya necə qansız, Xocalı!
Niyə göz yumdu görən körpələrin naləsinə?!
Bu ki, aşkardı, bu qırğındı amansız, Xocalı!
Buraxıblar səni ağuşuna vaxtın, əfsus,
Səni tapmışdı bu qırğınsa zamansız, Xocalı!
Kim ki, istər səni tarixlərə gömsün səssiz,
Gömülür tarixə onlar özü ansız, Xocalı!
Rabil əsla, nə unutmaz, nə unutdurmaz ki,
Doğacaq şəmsi-ədalət də gümansız, Xocalı!

Not:Bir dostan kömək😉
Allah şəhidlerimizə rəhmət eyləsin
©slayer_1