M

🍃Qəzəl - "Xoşdur mənə"🍃

Səndən, ey dildar, gələn hər bir bəla xoşdur mənə,
Çox dəva vardır, fəqət yardan dəva xoşdur mənə.
İstəməz könlüm bu dünya ləzzətin, çün fanidir,
Yar ilə birlikdə, ey qafil, səfa xoşdur mənə.
Həsrəti-yar ilə əfğan eylərəm hər kəs gülər,
Gər çatarsa, yarə bundan bir səda, xoşdur mənə.
Ayrılıq dərdin çəkərkən, sevgilim, xoşnud isən,
Olsun hicran ilə qoy canım fəda, xoşdur mənə.
Bezmərəm mən gözləməkdən, gözlədikcən gözlərəm,
Hər səhər gəlsin xoş ətrinlə səba, xoşdur mənə.
Keçmişəm mən aləmi-eşq içrə qüdrət məktəbin,
Sanma sındırmış məni bir dəm cəfa, xoşdur mənə.
Aşiqin qəlbin qıran, Rabil, vəfasız yar olar,
Görsə söylər sevdiyindən kim vəfa, "xoşdur mənə"
🍃MERAC🍃
Tarix: 27.05.22
©merac