M

🍃Qəzəl- "Yaranıb"🍃

Xaliqin "ol" sözünə bil ki, bu dünya yaranıb
O sözün təsiridir bir belə məna yaranıb
Dedi xəlq eyləyirəm Adəmi mən canişinim
Ona yoldaş olaraq sonrasa Həvva yaranıb
Elə bir şey ola bilməz ki, Ona pünhan ola
Onun elmiylə bütün, çünki bu əşya yaranıb
Bəzi kəslər həmişə azdılar öz yollarını
Onu təkzib elədi, söylədi hətta yaranıb
O, saməddir, o əhəddir, əzəlindən var olub
Bu sualdırmı məgər Xaliqi-Yekta yaranıb?!
Nə yaratmışsa bu aləmdə onun hikməti var
Nəyə "ol" söyləmiş, əlbəttə ki, əla yaranıb
Zikr edir Xaliqi aləmdəki hər var olunan
Onu zikr eyləməyən sanki müqəvva yaranıb
Xaliqi-Sübhana, Merac, bir ömür səcdə elə
Onun izniylə bilirsənsə bu misra yaranıb
🍃MERAC🍃
©merac