Nəzər et gör neçə aşiq üzünə həsrət qalıb
İntizarın onların qəlbində bir məskən salıb
🥀...🍃...🥀
Qəm, qübardan gözləri görməz bu dünya mehvərin
Qəlbi-ümmanlarına çün sənin eşqin yan alıb
🥀...🍃...🥀
Söylə neyçün bir xəbər yoxdur gəlişindən bizə?!
Yoxsa bitmişdir zaman, surunu İsrafil çalıb?!
🥀...🍃...🥀
Kim sənin eşqinlə könlündə ocaqlar yandırıb,
Gözləri də onların tək sən gələn rahə dalıb
🥀...🍃...🥀
Rabilin fəryadı-əfğanındakı məna budur,
Ki zülm həddin aşıb, məzlumun səbri daralıb..
🍂QəmliAşiq🍂
©qemliaşiq
M