M

🍃Qəzəllər-15~Ayrılıq🍃

Mürği-könlüm qanad açmaz səni görməzsə əgər
Sənsiz bu aşiqi sıxmış necə qəm, qüssə, kədər
🍂...🍃...🍂
Günəşin nuruna bənzərdi o parlaq gülüşün
Dolanır hey xəyalımda o gülüş şamu-səhər
🍂...🍃...🍂
O qarə gözlərinin sehrinə düşdüm biləsən
Bir baxışınla mənə çalıdın o gün sanki zəfər
🍂...🍃...🍂
Rabil, ol yarə denən bir dəfə insaf eləsin
Olur onsuz keçən hər gün mənə bir ağu-zəhər
🍂QəmliAşiq🍂
©qemliaşiq