Eşqidir insana mənanı verən dünyada
Olsa da baş vur onunçün gər hətta dəryada
🍂...🍃...🍂
Neçə aşiq bu yolun yolçusu olmuş biləsən
Neçəsi də canını verdi susuz səhrada
🍂...🍃...🍂
Hansı sirdir ki, onu bu cürnə görkəmli edən?!
Düşünüb, təhlil elə gəl onu hər mənada
🍂...🍃...🍂
Bu həmən eşqdi ki, İbrahimi vadar elədi
Ki verə oğlunu qurban Allaha Minada
🍂...🍃...🍂
Rabil, həqiqi olan eşqə ürəkdən bağlan,
Kim bu cür bağlı olar dönməz hətta röyada
🍂QəmliAşiq🍂
©qemliaşiq
M