M

🍃Qəzəllər-17~Görür🍃

Sən gedəndən aşiqin hey qəm görür, hicran görür
Cənnət olsa da bu dünya, sənsiz o viran görür
🍂...🍃...🍂
Hər yeri gəzməkdə məqsəd tək səni bulmaq olub
Sənsə zənn eylərsən aşiq hər yanı seyran görür
🍂...🍃...🍂
Ovçunun gözlərinə nə cür görünmüşsə o gün
Baxdığı hər nəsnəni xəyalında ceyran görür
🍂...🍃...🍂
Parçala hökm eylə qanununa əl atmış çoxu,
Bu fikir gəldikdə Rabil bəs niyə Tehran görür?!
🍂QəmliAşiq🍂
©qemliaşiq