M

🍃Qəzəllər-7~Dönəcəksən külə sən🍃

Səni mən mədh edirəm hər gecə-gündüz biləsən
Eşidib qopan bu fəryadımı bir yol gələsən
🍂...🍃...🍂
Etdiyim hər bir işin var səbəbi, ey gözəlim
Səbəbi budur ki, yarım, bir ömür sən güləsən
🍂...🍃...🍂
Qanlı yaş axsa gözümdən yaralanmış sinəmə
Çataraq dadıma ol yaşları ordan siləsən
🍂...🍃...🍂
İstəyirsən biləsən əhli-vəfanın sayını?!
Anlayarsan bunu xəlbiri-vəfada ələsən
🍂...🍃...🍂
Rabil, öz qəlbinə gəl vermə bu qədri əzabı
Dönəcəksən davam etsə bu əzablar külə sən
🍂QəmliAşiq🍂
©