Gərəkdi yaxşı sözə yaxşıca qiymət verəsən
Dəyər bilən insana o cürnə diqqət verəsən
🍂...🍃...🍂
Öyrənmişik bunu biz arif olanlardan hər an
Döyüşəndə birinci rəqibə fürsət verəsən
🍂...🍃...🍂
Bu dəyişməz qanun kim ki məhəbbət istəyir
Ondan əvvəl gərəkdi sən də məhəbbət verəsən
🍂...🍃...🍂
Dəyişib insanlar, amma ki bir vaxtı inan
Mərdliyin sirri buydu sözlə zəmanət verəsən
🍂...🍃...🍂
Rabil əlbəttə düzəlməz belə getsə bu zaman
Çox çətindir ki canı indi səlamət verəsən
🍂QəmliAşiq🍂
©qemliaşiq
M