M

👉~Qəzəllər silsiləsi-6~👈

Qulaq as gör danışır nə cürnə əfsanə bular
Davranırlar bizimlə guya ki mərdanə bular
🍂...🍃...🍂
Diqqət etsən verilən sözlərinə, vədlərinə
Biləcəksən nə edir əhd ilə peymanə bular
🍂...🍃...🍂
Yoxdu vicdan buların zərrə də heç qəlbində
Görməyirsənmi nə cür qalıbdı biganə bular?!
🍂...🍃...🍂
Bunların gəldiyi yollarə nəzər eyləmişəm
Çox güman gedib çıxır lap Əbu-Süfyanə bular
🍂...🍃...🍂
Rabil, hər vaxt-əzəlindən bu güneycən biləsən
Dinə min zərbə vurub, uyubdu şeytanə bular
🍂QəmliAşiq🍂
©qemliaşiq