#RAMİZ #RÖVŞƏN
SONUNCU AVTOBUSUN NƏĞMƏSİ. ....
Dünyanın dəlisov oyaqlarıyla
Ulduzlar danışmaz qorxularından.
Gece
yalın-yalın ayaqlarıyla
Keçer
insanların yuxularından.
Yuxular səriler narın qum kimi,
İsidər gecənin ayaqlarını.
Bir böyük qaranlıq
xırda tum kimi
Çırtlayar şəhərin işıqlarını.
Təkərlər yorular
yuxulu göztək,
Kirpik ağacların uzaqlığında.
Gedər son avtobus
nəğmə deyərək,
Əriyər gecənin yumşaqlığında.
Uzanar əlləri
dar dalanların,
Hörülər evlərin yuxu torluğu.
Uyuyar karlığı telefonların,
Yatar güzgülərin
gecə korluğu.
Şəhər havasında yağış qoxusu,
Damla milçək
bulud-miçəkdanında.
Yatar oğlanların
pişik yuxusu
Qızların evinin pilləkanında.
...Bir tənha nəğməni yola salınca
Ulduzlar çatılar üfüq qaşında.
Gedər son avtobus...
Onun dalınca
Allah da boylanar
Ay balışından...
1967
©tarlan
T