Neçə ildir tale sınağındadır,
Yadın, doğmaların qınağındadır.
Xoşbəxt günlərinin soragındadır,
Rəbbim, onu az sınağa çək, nolar.
Çiynində illərin yükün daşıyır,
Taleyindən gileylənir, yaşayır,
Qəlbi dolu arzularla yaşayır,
Rəbbim, onu az sınağa çək, nolar.
Dərdi ondan uzaq elə yaşasın,
Qəlbi gözəl arzularla yaşasın,
Arzuları çiçək açsın yaşasın,
Rəbbim, onu az sınağa çək, nolar...
©amine571
A