M

🍃Rəhmət🍃

Hansı qəlbin ki əgər qüssəsi var, möhnəti var
O kəsin dağlara bənzər biləsən illəti var
Həyatın əvvəli var, həm də sonu, axırı var
Dərdlərin leysanı var, çovğunu var, həm qarı var
Həyatın sən elə zənn eyləmə ki ilqarı var
Bu vəfasız həyatın gör nə qədər zilləti var
Kim ki əziyət çəkir, əlbət, yetəcək məqsədinə
Bu yolun axırı sonda bitəcək məqsədinə
Yolu düz, niyyəti düz, düz gedəcək məqsədinə
Boşa getməz əməli kimin ki pak niyyəti var
Daha bəsdir bu inad itrətə dön, Qurana dön
Allahı axtaran insan gözü aç hər yana dön,
Görəcəksən sən Onu bircə dəfə insana dön,
Sənin üçün eləyibdir bu qədər neməti var
Uyma dünya malına gəldi-gedərdir hamısı
Sonda sən də deyəcəksən ki, hədərdir hamısı
Adəmindən bu yana gör nə qədərdir, hamısı
Qalmayıb heç birinə, aparmayıb şöhrəti-var
Üzmə, Merac, ümüdi Allaha bağlan sonacan
Kim ki, bağlar ümidin Allaha bilsin ki, hər an
Saxlayar öz nəzrində onu pak, sübhan olan
O Rəhimdir ki, Onun ali olan rəhməti var

🍃MERAC🍃
©merac