U

Şehit Sultan İbrahimov hakkında şiir

Arabir yuxuma gəlirsən olur
Haqqın ümid verən qayıdışları
Qoy qalım yanında, ya da ki sən gəl
Deyərək edirəm yalvarışları
Yaramı uzağı bağlamağı var
Bir dağın hər dağı dağlamağı var
Qəlbimin sübh çağı ağlamağı var
Könlümün gecələr axtarışları
Böyük ibrət qoydu gedən gələnçün
Ən çox da qardaşın darıxır sənçün
Canını eylədin fəda vətənçün
Sənə yazılıbdır söz alqışları
Zirvəndən söz açır dağlarda hər daş
Sən cənnət əhlinə nə gözəl sirdaş
Sənin ruhun ilə fəxr edir qardaş,
Atanın üzündə qəm qırışları
Sevincin gedişi, qəmin gəlişi
Hər kəsə verilmir şəhadət işi
İsidir səmada doğan Günəşi
Ananın o soyuq qar baxışları
O qədər gül var ki qəfil solmalı
Sanma hər gələnlə yerin dolmalı
Rəhmət qazanmaqçün səntək olmalı
Bəndənin Allaha davranışları
Zaman ömrümüzə olmasa, kəfil
Onda bu ümidlər olar sərsəfil
Nəhəng xatirələr yatırar qəfil
Kiçik duyğuların oyanışları
Şəhidlik nə adət, nə bir ənənə
Şəhidlik zirvədir büllur bədənə
Bizdən də mehriban onlardır sənə
Cənnətin qayğıkeş dost-tanışları
©umidsade_