Axı, nə baş verir dünyada?!
Hər insan bir harayda.
Təəccüblənib artıq Allah da,
Susma, danış, ey insan oğlu!.
Danış, susanlara örnək ol,
Şiddət görənlərə dəstək ol.
Bu dünyada bir mələk ol,
Susma, danış, ey insan oğlu!.
Bir qızın çarəsi: intihar yolu,
Bir qızın çarəsi: cəhənnəm yolu.
Artıq bəs deyil mi, bu ölüm yolu?!
Susma, danış, ey insan oğlu!.
Bu gün biri təcavüz görər,
Sabah o insan intihar edər.
Susduqca hər insan ölümə gedər,
Susma, danış, ey insan oğlu!.
Bilirəm, susacaqsan sən yenə,
Amma artıq sən qəlbini dinlə.
Unutma, Allah hər zaman səninlə,
Aç həyatında yeni bir səhifə.
Sən bu yolda tək deyilsən,
Qorxma, biz səninlə birlikdəyik.
Diqqətlə oxu bu sözlərimi,
Biz birlikdə güclənirik.
Səninləyəm: Azərbaycan!.
Səninləyəm: ey dünya!.
Şiddətə yox deyək!.
Dünyamızı xilas edək!.
©melekzade
M