Qaranlıq biləcək özü qanacaq ,
Ulduzlu gecələr ,çıraq yanacaq ,
Darıxma yer üzü işiqlanacaq ,
Bir gün bir önəmli xəbər gələcək ,
Qaranlıq gedəcək , səhər gələcək .
Əriyəcəkdirlər dağlarda qarlar
Dağlarda Lalələr , bağlarda narlar
Göyərəcək yenə yox olmuş varlar
Bu qara bəxtimiz ağ olacaqdır ,
Quru çöllər yenə bağ olacaqdır .
Oynuyacaqdilar sarı sünbüllər ,
Sarı'la qırmızı , bənövşə güllər ,
Çiçəkli gülərdə gözəl bülbüllər ,
Gələcək səsləri qazların yenə ,
Çalacaqlar âşıklar sazların yenə .
Sərin su axacaq çaylarımızda ,
Yaşıl olacaqdır yaylarımızda,
Qalxacaq Göylərə haylarmizda,
Səni gözləyirik mən ilə Nigar ,
Salam günəşli gün salam ay bahar.
©ahmethani
A