Usanmadan sevdim səni
ürəyimi incitsəndə
köçürtsəndə xoşbəxtliyi həyatımdan
İnanmadan sevdim səni
bizi ayırmaq isdəyənə
Xəyalından küs deyənə
Sınanmadan sevdim səni
Mən sevginin həsrətinə
Həm iztirab həm çətinə
Qınanmadan sevdim səni
Duyğularım əzilməzkən
Kədər yolu gəzilməzkən
Dayanmadan sevdim səni
Eşq yolumuz tikanlıydı
Qovuşmaqda gümanlydı
Oyanmadan sevdim səni
Ya bəlkədə yuxu bildim
Sevgimizi deyib güldüm
İslanmadan sevdim səni
Yalan dolu yağışlara
Yağış tək yad baxışlara
Ancaq qovuşa bilmədik
Bir mən düşdüm günahlara
Bəlkə bu eşqin oduna
Yanmadan sevdim səni?
©_huseyn_
_