Sevgi nə şeirdir nə də ki nağıl,
Sevgi bir romandır yazır Yaradan.
Sevəndə insanda qalmayır ağıl,
Sevəndə seçilmir ağ da qaradan,
Dünya məktəbdirsə bir dərsdir sevgi,
Çox çətin olsada şagirdi çoxdur.
Bəlkə də yeganə dərsdir ki sevgi,
Onun bu məktəbdə müəllimi yoxdur.
Sevgi bir ürəyi böyük dağ görür,
Sevgi xülyasının öz ahəngi var.
Sevən nə görürsə onu ağ görür,
Sevgi dünyasının bircə rəngi var.
Deyirsən dostluqda sevgidir amma,
Dost dostun yolunda kürəyin verir .
Ey dostum!Dostluğu sən sevgi sanma ,
Sevən sevdiyinə ürəyin verir.
©tariyel
T