Sevgi dünyama doğan günəşim
nur saç kədərli zülmət ömürümə
səadət şəfəqi saçan günəşim
vüsalla nur gətir həsrət ömürümə.
Sevginin tükənməz vəfa yolunda
vəfasız zalım bir canana düşdüm
qəm dəryasının fəda yolunda
xəyanətlə coşan tufana düşdüm.
Zülüm dalğasında ümid gəmisi
səbrlə təmkinlə sahilinə gəlir
TƏNHA AŞİQ səbr elə səni kimisi
qisməti haradı o, mənzilə gəlir.
TƏNHA AŞİQ.
©tenhaasiq
T