T

Sevgi kırıntıları

Nə bir dərdə dərmandır
Nə xəstə,nə loğmandır
Boşa gedən zamandır
"Sevgi qırıntıların"
Dürr deyil,dirhəm deyil
Don deyil,kəfən deyil
Yarama məlhəm deyil
Sevgi qırıntıların.
Nə yırtığa yamaqdır,
Nə yatıb,nə oyaqdır.
Nə ölüb,nə də sağdır
Sevgi qırıntıların.
Qaniçəndir,zəlidir
Gic deyil,bic dəlidir.
Lap şeytan əməlidir
Sevgi qırıntıların.
Lal olub ,gəlmir dilə
Nə yaşaya,nə ölə.
Süpürüm atım çölə
Sevgi qırıntıların.
Tənha Bulud 27yanvar 2020
©tenhabulud