Bir ömür yaşamaq çətindir niyə?
Ürəyim gizlicə dərdini çəkir
Sevgi qatarından enmişəm deyə
Gözlərim sən gedən yolları gəzir
Elə bil kim isə qəlbimi salıb
Ayaqlar altında eləcə əzir
Bircə ürəyimdə saf sevgim qalıb
Orda da sən deyə bir məhkum əsir
Bilmirəm bu necə bir bəla idi
Özümdən xəbərsiz sevmişəm səni
Qəlbim söz dinləmir baş alıb gedir
Unuda bilmirəm hələdə səni
Sən gedən o gündən kor olub gözüm
Zülmətə qərq olub yaşayıram mən
Tanrıdan istəyim verəydi dözüm
Sevginin yükünü daşıyıram mən
©qanuni
Q