Əlim çatmır sənə
Çox uzaqdasan
Fikrimdən uzaqda
Məndən uzaqda
Söylə bir yaxşısan?!
Ya tuzaqdasan?!
Çətindi yaşamaq
Səndən uzaqda
Cavankən qocalmaq
Bilirsən nədi?!
Ölüm rahat olar
Belə yaşamdan
Yıxılıb ucalmaq
Bilirsən nədi?!
Mən nələr görmüşəm?!
Uşaq yaşımdan
İndi sən tənə et
Baxma halıma
Baxma heç belə şey
Olmamış kimi
Minib gedəcəyəm
Sınıq salıma
Su dolsa sanacam
Dolmamış kimi
Batıb qərq eyləsin
Sulara məni
Dəniz anlayacaq
Mənim dərdimi
Görənlər oxşadar
Qullara məni
Ancaq görə bilməz
Qəlbdə gərdimi
Rabil, ötüb keçdi
Eşqin qatarı
Artıq piyadasan
Tənha qalıbsan
Getdi müştərisi
Bitdi bazarı
Sən indi arzuya
Kama dalıbsan?!
🍂QəmliAşiq🍂
©qemliasiq
M