A

Sevgilim

Heç kəs!
kimdir heç kəs?
bax mənəm.
Necə oldum deyimmi?
o sən bitdi dedin ha,
o gündən heç kəsəm mən!
insanların içində
yalqızam.
Qayıdarsanmı yenidən?
yalvararsam,
ağlayarsam,
bilirəm qayıdarsan!
qayıdanda xəbər et
bir xətt çəkim üstündən
bu heç kəs kəlməsinin
həmdə daha heç kəsə
deməyim ki,yalqızam
çünki,
Sən yanımdasan
©azerxelil