T

Sevgilim..

Sevgi işığı saçır gözlərin,
Şirindir hər kəlməndə olan sozlərin.
Sonsuz məhəbbətdir sənin hisslərin
Unutmaq olarmı səni sevgilim,
Yaşa sən qəlbimdə daim sevgilim.
Sevgini gözündən oxuyuram mən,
Səni bu qəlbimə toxuyuram mən.
Bu eşqi ürəkdə qoruyuram mən,
Unutmaq olarmı səni sevgilim,
Yaşa sən qəlbimdə daim sevgilim.
Hara baxıramsa görürəm səni,
Heyran qoymusan daima məni
Bircə gün ayrılıq öldürər məni,
Unutmaq olarmı səni sevgilim,
Yaşa sən qəlbimdə daim sevgilim.
©sh.tural