T

Sevgilim..

Uzun bir gecədir açılmır səhər,
Yediyim, içdiyim olubdur zəhər.
Əhvalın pisləşdi, oldum birtəhər,
Nədənsə darıxdım sənsiz sevgilim..
Gecələr uzun bir səhra kimidir,
Bu yol hara aparır heçnə bilmirəm.
Bədənim ölübdür, ruhum diridir,
De necə gəzsin ruhum sevgilim..
Həyatda bir arzum, diləyim vardı,
Səni qovuşdursun yaradan mənə.
Sən getdin dərdimə dostlarım yandı
Onlarda çarəsiz qaldı sevgilim..
Heç kimsə dərdimə tapmadı çarə,
Vurmusan qəlbimə silinməz yarə.
Qəmli şair oldum, sözlərim parə,
Sözlərim düzələr gəlsən sevgilim..
©sh.tural