Qalxmışdı qaranlıq düşdüyü yerdən
Yollara gözümdən yaş çilənirdi
Nə sən gecikmişdin görüşə nə mən,
Sadəcə saatlar düz işləmirdi....
Gündüzlər yuxuda, gecələr oyaq
Xoşbəxtlik başımdan uzaq gəzirdi
Ya bu imtahandı, ya da ki sınaq
Bilmədim gözləmək gözlətmək idi
Arada xəyalın yetirdi dada
Mən gözüm görənə "döz" deməliydim
Bir yolu yox idi inan dünyada
Olsaydı bilirsən gözləməliydim.......İradə
I