1

Sevirəm səni..❤

Arabir yuxuma qonaq gəlirsən,
Burnuma cənnətin qoxusu gəlir..
Oyanıb görürəm yanımda yoxsan,
Təzədən adamın yuxusu gəlir..
Gör səni nə vaxtdı qucaqlamıram,
Nə vaxtdı əllərim əlinə dəymir..
Gəl sənə sevgimi təsvir eyləyim:
-Dünyanı versələr telinə dəymir..
Sən mənim ömrümə sevinc gətirdin,
Yenidən həyata bağladın məni..
Boş yerə mən sənə "dünyam" demirəm
Elə dünya qədər sevirəm səni..
©1parçaşeir