Gözələrimin içinə baxa-baxa yalan söylədin…
Səni sevirəm! – dedin. Eh, bu sözlərin arxasında nələr, nələr dururdu...
Məhv etdin məni. Sevgi əvəzinə mənə əzab verdin…
…. Sənin könlün çox yüksəklərdə, mənimsə könlüm səndə, sənə olan təmiz sevgimdə oldu.
Mən səndən yalnız sevgi umdum, yalnız sevgi. O sevgini ki yalan da olsa, sən öyrətmişdin mənə…
Səni sevirəm! - demişdin. İnanmışdım sənə. Amma çox heyf, heyf ki, bu illərin ərzində ürəksiz birini sevmişdim.. Mən sevmişdim, sən isə aldatmışdın. Sənin ürəyin boşdur. Sən zəngin birini axtarırdın. Zənginlərin gözü həmişə yüksəklərdə olur. Onlar varlandıqca varlanmaq istərlər. Biz kasıbların isə sevgi dolu bir ürəyi, bir dünyası var…
… Sən, dünya malını sevdin… Mənsə sevgi dolu bir dünyanı…
İndi mən səndən zənginəm. Çünki mənim sevgi dolu bir dünyam var.
Bir gün bu dünyadan köçüb gedərkən, həmin sevgi dolu dünyamı aparacağam özümlə.
Sənin isə qəlbin, boşluqlarla dolu bir dünyada qalacaq!..
©metanet
M