T

👉 SEVMƏRƏM ƏSLA 👈

Ey qoca dünya, yalandı sevda.
Birdə heç kimi, sevmərəm əsla.
Hər kimi sevdim, könül bağladım
həsrəti ilə ürey dağladım
istədim gülüm, kədər qoymadı
çəkdiyim zülüm, kədər qoymadı yalandır bu eşq,yalandı sevgi
vəfasız güldə tikandı sevgi
ölüm halında, son nəfəsində
gülün eşqilə,qəm qəfəsində
fəryad edirsə bülbülü şeyda,
birdə heç kimi, sevmərəm əsla.
Axşam əzabdı sabah əziyyət
hicran intizar,qəm dolu həsrət
bağlanıb üzümə səadət yolu
tənhalığa aparır məhəbbət yolu
sanki bəxtimin, ulduzu söndü
mənnən həyatın üzü çöndü
bir vəfasıza, qurban olmuşam
gecdə olsa peşiman olmuşam
TƏNHA AŞİQ'əm,ölsəmdə tənha
birdə heç kimi, sevmərəm əsla.
birdə heç kimi, sevmərəm əsla.
©tenhaasiq