Ö

Şəhadətin Oyatma Fəryadındır!

Ömür Yazar
Şəhadətin oyatma fəryadındır!
Könülləri heyran etdin özünə,
Ey şəhidim, qurban sənin gözünə,
Vəfa etdin verdiyin hər sözünə,
Bizim üçün şərəf sənin adındır.
Şəhadətin, oyatma fəryadındır!
Hər igidim bir sən olub dayandı,
Təbiyyətdə sənlə birgə oyandı,
Qisas günü yetişdi, həmin andı,
Anan anam, evladın evladımdır.
Şəhadətin oyatma fəryadındır!
Əbədi cənnətinə gülə-gülə,
Biz ağladıq, sən getdin gülə-gülə,
Şəhid bənzər, bənzərsiz açan gülə,
Adın Şərəf, ləyaqət soyadındır.
Şəhadətin oyatma fəryadındır!
©ömüryazar