Müəllif Ömür Yazar
Şəhidim.
Fəryadına qurban sənin can ana,
Bizdə sənin övladınıq, biz varıq.
Damarımız kəsilsə eyni qandı,
Arzu eyni, istək eyni bir canıq.
Demə balam öldü məni tək qoydu,
Şəhidlər olməyir, qara bağlama.
Nə qədər qəm, qüssə yeyib doymadıq.
Göz yaşın qəlbimə axır ağlama.
Bu qədər şəhid gətirdi dünyaya,
Ona görə adın vətəndir ana.
Nə qədər mərd qadınlar olacağdır,
Zəhər verib, qan qusduraq düşmana!
Şəhid Elşad, şəhid Vüqar və Xəyyam,
Unutmarıq Şəhid Rəşad qardaşı.
Bizdən salam söyləyin şəhidlərə,
Siz canlısız, bizsə quru baş daşı!
©ömüryazar
Ö