Deyirlər şəhidlər ölmür heç zaman
Vətənin bağrında gül, çiçək olur
Vətənin torpağın nurla isladan
Şəhid qanı, ana göz yaşı olur
Qəhrəmancasına düşməni qıran
Torpağı qoruyan əziz şəhidim
Qəlbimizdə daim yaşayacaqsan
Sən mənim sevimli gözəl igidim
Qarabağ düşmənin əlindən azad
Xarıbülbül indi əymir başını
İçimdə bir həyacan, qopur fəryad
Görəndə şəhidin tək baş daşını
Ana ağlama bu igid oğluna
Demək istəyirəm, deyə bilmirəm
Ana basır məni isti bağrına
Ağlayır, məndə heç gülə bilmirəm
Necədə çətindi, ağır imtahan
Daşıyan, daşıdan tək ürəklidi
Uşağı əl -ayaq da yırğalayan
Qəbirin küncündə ana qəmlidi
Düşünürəm mənim dərdim böyükmü?
Ana kədərlə, qəm ilə baxanda
Üstümdə gəzinən bu ağır yükmü?
Ana dərdli-dərdli hey ağlayanda
Şəhidin arzusu, xəyalı vardı
Ana fəryadıyla qopdu yerindən
Ananın quzusu, maralı vardı
Ayırdılar dincli isti evindən
Sözləri acılı, qəmgindi ana
Neyləsin ümidi bir an solubdur
Ağlayır durmadan hey yana yana
Gözləri yaş ilə, qanla dolubdur...
©alican
A