Ağlayır ahıl bir qoca qadın
Dayanıb bir kənardan çox baxdım
Anlıq cəsarətlə yaxınlaşdım
Nə olub ana deyə soruşdum.
O qoca hıçqırıqlar içində
Səsləndi mənə qulaq as oğul
Vardı gözümün ağı qarası
Onuda əlimdən torpaq aldı.
Gənc yaşda yoldaşımı itirdim
Onnan qalan nişan yetişdirdim
O balamda getdi şəhid oldu
Qara dünyada məni tək qoydu.
O danışdıqca ağardı başım
Süzüldü gözümdən qanlı yaşım
Qəlbimdə sızlayıb qan ağladı
Bütün bədənim yığılıb qaldı.
Sözün davamın getirir qoca
Gözünün yaşını silir ana
Birdən vəsiyyət etmək istəyir
Əlimə bir medal qoyub deyir.
Ölürəm oğul zatən biləsən
Verdiyim medalı özünə götürəsən
Dedim ey qoca ölüm nədi gözlə
Dedi gecdi artığ gəlib ecəl gedirəm
Öldü o qoca getdi dünyadan
Bir yoldaş bir şəhid acısıyla
Tənhalıq bitirdi o qoca qadını
Necədə bedəni bitkin haldaydı.
©darya_isaq
D